Çərşənbə, 15 May

"Yuventus" "Udineze" ilə bərabərə oynadı - Ronaldonun qolu ləğv edildi

image

Futbol üzrə İtaliya çempionatının ilk turunda Turinin "Yuventus" klubu "Udineze" ilə heç-heçə oynayıb. 

Xəbər verilir ki, 2:2 hesabı ilə bitən görüş Udin şəhərindəki "Dacia Arena"da keçirilib.

"Yuventus"dan qolları Paolo Dibala (3-cü dəqiqə) və Xuan Kuadrado (23), “Udineze”dən isə Roberto Pereyra (51 - penaltidən) və Jerar Delofeu (84) vurublar. Matça əlavə olunan dördüncü dəqiqədə Kriştiano Ronaldonun qolu hakim videoasistenti (VAR) sistemindən istifadə edildikdən sonra ləğv olundu.

28 avqustda keçiriləcək növbəti turda isə "Yuventus" öz meydanında "Empoli" ilə oynayacaq, "Udineze" isə bir gün əvvəl "Venesiya"nı qəbul edəcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00